İmişlidə karxanada bədbəxt hadisə nəticəsində bir nəfər öldü

İmişlidə karxanada bədbəxt hadisə nəticəsində bir nəfər öldü
15.11.2025 22:45 Hadisə

İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər