Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxundu - SİYAHI

Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxundu - SİYAHI
05.02.2026 16:23 Hadisə

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

TodayPress TV xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, "müdafiə naziri" Levon Mnatsakanyana, "parlamentin sədri" Davit İşxanyana, "xarici işlər naziri" David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib.

Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.

Lakin şəxslər ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunur və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər