Göygöldə qəza - Xəsarət alanlar var

Göygöldə qəza - Xəsarət alanlar var
29.01.2026 23:39 Hadisə

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin  məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "KİA" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər