Goranboyda mikroavtobus heyvanlara çırpıldı
Goranboy rayonunda mikroavtobus xırdabuynuzlu heyvanlara çırpılıb.
TodayPress TV xəbər verir ki, hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobus hərəkətdə olarkən qarşısına 16 baş xırdabuynuzlu heyvan çıxıb.
Qəza nəticəsində 3 baş heyvan tələf olub, 13 heyvan isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.