Goranboyda meyit aşkarlandı
Goranboy rayonunda meyit aşkarlanıb.
TodayPress TV-nin məlumatına görə, hadisə Dəlimməmədli şəhəri istiqamətində Sarov kəndi yaxınlığındakı sahədə qeydə alınıb.
Həmin əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Meyiti aşkarlanan şəxslə bağlı məlumatlar dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.