Goranboyda dəhşətli cinayətin təfərrüatı MƏLUM OLDU
Goranboy rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.
TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, Veyisli kəndində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Rövşən Məmmədovun qaynanası və həyat yoldaşının öldürüldüyü ehtimal olunur.
Belə ki, tərəflər məhkəmədən – boşanma prosesindən qayıdırlarmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R. Məmmədov öncə avtomobillə qaynanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub.
Daha sonra maşınla N. Dudyenkanın üzərindən keçib, ardınca S. Məmmədovanı qətlə yetirib.
Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
Goranboyda dəhşətli qətl hadisəsi baş verib.
TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahədə özünə xəsarət yetirib və aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.