Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlandı

Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlandı
03.09.2025 10:37 Hadisə

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. 

TodayPress TV Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd "Pamp" markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər