Gəncədə moped qəzaya düşdü - Yaralanan var
Gəncədə minik maşını mopedlə toqquşub.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Köhnə Avtovağzal adlanan ərazisində baş verib.
Hərəkətdə olan Moped "VAZ 2107" ilə toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.