Gəncə sakini kəsici alətdən xəsarət aldı

Gəncə sakini kəsici alətdən xəsarət aldı
25.10.2025 22:00 Hadisə

Gəncə sakini kəsici alətdən xəsarət alıb.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə xəsarət alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər