Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı

Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı
22.01.2026 15:27 Hadisə

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

TodayPress TV xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər