DETX: Yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib

DETX: Yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib
06.02.2026 18:00 Hadisə

Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25680 manat məbləğində ziyan dəyib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən faktlar Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər