Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanıldı
Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının noyabrın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.