Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı
25.10.2025 12:21 Hadisə

Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

- Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər