Binəqədidə güclü yanğın başladı - VİDEO

Binəqədidə güclü yanğın başladı - VİDEO
07.09.2026 18:06 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər