Bina söküldü, evlər əldən çıxdı | Vətəndaşlar MTK-dan şikayətçidir – VİDEO

Hadisə

31.01.2026 16:52

TodayPress TV-nin redaksiyasına Nizami rayonunun Şirin Mirzəyev 38 ünvanı ilə Mehdi Abbasov küçəsinin kəsişməsində, 2535-ci məhəllədə  yerləşən "Vesta Construction" MTK-ya məxsus yaşayış binasının sakinləri tərəfindən şikayət daxil olub. 

Bina sakinləri bildiriblər ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısının 10 mart 2016-cı il tarixli  29 nömrəli sərəncamı ilə sözügedən ərazidə 2 mərtəbəli bina sökülüb və pilot layihə çərçivəsində həmin ərazidə "Vesta Construction" MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

Daha sonra əvvəldən ərazidə yaşamış sakinlərlə şəxsi vəsaitləri hesabına alqı-satqı müqaviləsi bağlanılaraq onların mənzillə təmin ediləcəyi vəd edilib. 

Sakinlərin sözlərinə görə,  pilot layihə olsa da, 10 ildir ki, bina tikilib təhvil verilməyib.

Şikayətçilər onu da iddia edirlər ki, binada bir mənzil bir neçə şəxsə və ya şəxslərə də satılıb. Eyni zamanda binanın proyektində dəyişikliklər edilib və verilən mənzillərdə yanlışlıqlar var.  

Mövcud problemlə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan bildirildi ki, qeyd olunan problemlə bağlı yaşayış binasının həyətində sakinlərlə görüşlər keçirilib.

Ətraflı süjetdə:

TodayPress TV

tag: Sakinlər,MTK,Bina,Tikinti,Todaypress.tv,