Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tapıldı

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tapıldı
29.01.2026 11:00 Hadisə

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür", məlumatda deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər