Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - Video

Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - Video
01.05.2026 12:23 Hadisə

Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

TodayPress TV xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaşlar ona irad tutublar.

Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.

Əldə etdiyimiz məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər