Balaxanı Sənaye Parkında yanğın söndürüldü – VİDEO

Balaxanı Sənaye Parkında yanğın söndürüldü – VİDEO
08.09.2026 20:45 Hadisə

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın məhdudlaşdırılıb. 

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğın genişlənməsinə imkan vermədən qısa müddətdə məhdudlaşdırıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Hadisə zamanı xəsarət alan olmayıb.

20:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Aysel Mətləb

19:50

Balaxanı Sənaye Parkının ərazisində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara əsasən, yanğının baş verdiyi yer Balaxanı Sənaye Parkında mühərrik yağlarının emalı ilə məşğul olan müəssisədir.

Hadisə ilə bağlı məlumat dəqiqləşdirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər