Bakıda yol qəzası baş verdi
Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, “KİA” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin hərəkət istiqamətini pozaraq yola səhv istiqamətdən daxil olması nəticəsində baş verib.
Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
Qiymət Mahir