Bakıda obyektdə partlayış oldu,xəsarət alanlar var - CANLI YAYIM
Hadisə
24.11.2025 10:41
Bu gün saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
***
10:00
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.
TodayPress TV xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
***
09:41
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən TodayPress TV-yə bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
***
09:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.tv,
