Bakıda ana 2 uşağını gözəllik salonunda qoyub getdi - VİDEO

Bakıda ana 2 uşağını gözəllik salonunda qoyub getdi - VİDEO
26.01.2026 21:40 Hadisə

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

TodayPress TV xəbər verir ki, bu barədə Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında paylaşım edilib.

“Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib”, - deyə paylaşımda bildirilib.


TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər