Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var

Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var
23.01.2026 21:40 Hadisə

Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, “Hyundai Santa Fe” markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı qəzanın baş vermə səbəbləri araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər