"Azərpoçt"un maşını ağaca çırpıldı- Xəsarət alan var
Cəlilabadda baş verən qəzada sürücü xəsarət alıb.
TodayPress TV-nin xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
"Azərpoçt"a məxsus nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.