Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Avqustun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 qumbara, 4 alışdırıcı, 17 tüfəng, 1 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.