Avtobusun altında qalan şəxs xilas edildi - VİDEO

Hadisə

24.01.2026 17:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən TodayPress TV-yə verilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.

TodayPress TV

tag: FHN,Avtobus,Şəxs,Xilas,Todaypress.tv,

photo
photo