Arzu Yusifova vəzifəsindən azad edildi
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.
TodayPress TV xəbər verir ki, "Globalinfo"ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.
O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.