Ağsuda avtomobil qəzası oldu, yaralılar var - YENİLƏNDİ
Hadisə
01.02.2026 14:02
Ağsuda baş vermiş qəza ilə bağlı bəzi təfərrüatları məlum olub.
TodayPress TV xəbər verir ki, İdarəetməni itirən Mercedes markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 4 nəfər müxalifət dərəcəli bədən xəsarətləri alıb. Onlardan Qazax rayon sakini 34 yaşlı Mollayev Amil Emin oğlunun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
***
11: 05
Ağsuda ağır avtomobil qəzası baş verib.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla araşdırılır.
tag: Ağsu ,Avtomobil qəzası,Ərəbmehdibəy kəndi,Xəsarət ,Todaypress.tv,
