Ağcabədidə istixanada yanğın oldu

Ağcabədidə istixanada yanğın oldu
28.06.2025 21:00 Hadisə

Ağcabədi şəhərində ümumi sahəsi 200 m² olan istixananın polietilen üzlüyü 30 m² sahədə və həcmi 100 litr olan 3 ədəd çəlləkdə yığılan istifadə edilmiş yağ yanıb.

TodayPress TV xəbər verir ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər