36 yaşlı şəxs bıçaqlandı

36 yaşlı şəxs bıçaqlandı
24.01.2026 22:42 Hadisə

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

TodayPress TV xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər