2025-ci ildə Gürcüstandan 39 nəfər deportasiya edilib
Hadisə
30.01.2026 11:51
2025-ci ildə Gürcüstandan 39 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Ötən ilin I rübündə qonşu ölkədən 4, II rübündə 16, III rübündə 7, IV rübündə isə 12 nəfər Azərbaycan vətəndaşı çıxarılıb. 2024-cü il ilə müqayisədə deportasiya ilə üzləşmiş vətəndaşlarımızın sayı 32 nəfər və ya 45% azalıb.
Hesabat ilində Gürcüstandan ümumilikdə 1 311 əcnəbi deportasiya olunub ki, bu da illik müqayisədə 3,6 dəfə çoxdur. Qonşu ölkədən ən çox xarici vətəndaş 460 nəfər olmaqla oktyabr-dekabr aylarında qovulub.
Qeyd edək ki, Gürcüstanda ötən ilin oktyabrın 1-dən qüvvəyə minmiş sərt miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin deportasiyası sadələşdirilmiş prosedur üzrə həyata keçirilir.
tag: Gürcüstan,Deportasiya,2025,Açıqlama,Todaypress.tv,
