Uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı

Elm və Təhsil

21.01.2026 21:50

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

"Aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib", - qurumdan qeyd edilib.

Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Elnarə Əsgərovanın sosial mediada müəllim peşəsinə xələl gətirən söz və ifadələr işlətdiyi, hərəkətlər etdiyini əks etdirən videogörüntülər yayılıb.

TodayPress TV

tag: Abşeron,Qobu,Müəllim, Uşaq evi, todaypress.tv,