Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi

Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi
29.07.2026 10:20 Elm və Təhsil

"Universitetlərə ixtisas seçiminin adətən avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur. Bu il də eyni qaydada olacaq".

TodayPress TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən I və IV ixtisas qrupları üzrə blok imtahanlarının nəticələri elan olunub: "Yaxın günlərdə həmin nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət imtahanlarının nəticələri də iki-üç gün ərzində, idman üzrə qabiliyyətimtahanlarının nəticələri isə ayın 7-dək yekunlaşacaq. Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan yerləri də avqustun əvvəllərində çap olunaraq “Abituriyent” jurnalında əksini tapacaq. Vəziyyət ötən illə oxşardır".

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər