Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Elm və Təhsil

02.05.2026 22:50

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib.

TodayPress TV-nin məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunun fəaliyyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, İsmayıl Məhəmmədov indiyədək müxtəlif rayonlarda təhsil sahəsində çalışıb. O, 2023-cü ildən etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərirdi.

Xatırladaq ki, sözügedən vəzifə bir müddət idi ki, vakant idi.

TodayPress TV

tag: Ucar, Təhsil, Sektor,Məhəmmədov İsmayıl, todaypress.tv,