Təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək
Elm və Təhsil
16.01.2026 12:23
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.
İmtahan yanvarın 31-i saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
tag: MÜTDA,Təhsil,İmtahan,Qəbul,Todaypress.tv,
