Nazir məzunlara müraciət etdi, uğurlar arzuladı
Elm və təhsil naziri Emin Əmrullayev son zəng münasibətilə məzunlara təbrik ünvanlayıb.
TodayPress TV xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı”, – deyə paylaşımda qeyd olunub.
Emin Əmrullayev məzunların təhsil yolunda böyük fədakarlıq göstərən müəllimlərə, eləcə də övladlarının hər uğur və çətinliyində yanlarında olan valideynlərə təşəkkürünü bildirib.
Nazir vurğulayıb ki, müasir və güclü Azərbaycanın gələcəyi gənclərin bilik, bacarıq və intellektindən asılıdır.
“İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz. Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”, – deyə paylaşımda qeyd edilib.
Qiymət Mahir