Müavini DÖYƏN müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
Elm və Təhsil
09.01.2026 12:16
28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi TodayPress TV-nin sorğusuna cavab olaraq bildirib ki, hüquq-mühafizə orqanlarına məlumat verilib.
"Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir".
Qurum qeyd edib ki, məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Türkan İsgəndərli
tag: BŞTİ,Sorğu,Direktor,Müavin,Müəllim,Todaypress.tv,
