Minlərlə şagird intizam tədbirinə cəlb olundu

Elm və Təhsil

28.04.2026 12:53

Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib.

TodayPress TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb: "Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində müsbət davranışların üstünlük təşkil etdiyini və pozitiv dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, cari ilin yanvar və fevral ayları üzrə təqdim olunan hesabatlara əsasən, ölkə üzrə ümumtəhsil məktəblərində 29 161 sarı kart, 5 831 qırmızı kart verilib. Yaşıl kartların sayı isə 46 383 olub".

TodayPress TV

tag: Eşqi Bağırov, Təhsil, Elm, Şagird,Todaypress.tv,