İmtahanlardan narazı olanlar DİQQƏT! Abituriyentlər arasında sorğu keçirilir

Elm və Təhsil

30.04.2026 11:15

Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 19 aprel 2026-cı il tarixində keçirilimiş ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsində iştirak edən abituriyentlərin imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda 19 apreldə imtahan verən əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi həmin abituriyentləri sorğuda fəal iştirak etməyə dəvət edir: "Verilən keçiddə müvafiq məlumatları daxil edib sorğuda iştirak edə bilərsiniz!".

TodayPress TV

tag: DİM,abituriyentlər,Sorğu,İmtahan,Todaypress.tv,