I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur.
Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, iyunun 7-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.