Fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı açıqlandı

Fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı açıqlandı
23.06.2025 12:31 Elm və Təhsil

Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 50,2 faizi qadın olmaqla 3304 nəfər təhsil alıb.

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, təhsil alanların 82,5 faizi fəlsəfə, 17,5 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Təhsil alanların 31,6 faizi elmi müəssisə və təşkilatlarda, 68,4 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 27,4 və 72,6 faiz, elmlər doktoru proqramı üzrə isə 51,7 və 48,3 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 57 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 28,4 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2726 nəfərin 563-ü texnika, 550-si iqtisad, 246-sı filologiya, 166-sı tibb, 165-i pedaqogika, 155-i siyasi, 123-ü biologiya, hər birində 110 nəfər olmaqla 220-si hüquq və yer elmləri, 92-si tarix, 84-ü kimya, 79-u riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantların 134 nəfəri filologiya, 70 nəfəri iqtisad, 65 nəfəri texnika, 58 nəfəri biologiya, 43 nəfəri tibb, 36 nəfəri kimya, 27 nəfəri tarix, 24 nəfəri aqrar, 23 nəfəri hüquq, 18 nəfəri pedaqogika, 16 nəfəri yer elmləri, 15 nəfəri sənətşünaslıq, 13 nəfəri riyaziyyat, 36 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2023-cü illə müqayisədə 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 18,4 faiz azalaraq 500 nəfər, elmlər doktoru proqramı üzrə isə 10,8 faiz artaraq 133 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 758 nəfər, elmlər doktoru proqramı üzrə isə 106 nəfər doktoranturaya qəbul olunub.

Bununla yanaşı, 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə 157 dissertant təhkim olunub ki, onların da 77,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 132 nəfəri qadın olmaqla 231 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub.

XƏBƏR LENTİ
04 IYUN 2026
Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Bütün Xəbərlər