Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşdü

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşdü
02.02.2026 22:40 Elm və Təhsil

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə E.Əmrullayev "X"dəki hesabında məlumat yayıb.

Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər