Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edildi

Elm və Təhsil

09.02.2026 16:59

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumta verilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama "Əməliyyat sistemləri" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "Microsoft Excel 2019 cədvəl prosessoru" bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Pqoqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun: https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

TodayPress TV

tag: DİM,Dövlət Qulluğu,İmtahan,Qeydiyyat,Tarix,Todaypress.tv,