Direktor və müavinlər üçün imtahan keçirildi
Elm və Təhsil
24.01.2026 13:40
Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Məlumata görə, imtahan cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə keçirilib.
Namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.
Qeyd olunub ki, nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
