Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək

Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək
23.07.2026 11:23 Elm və Təhsil

2026–2027-ci tədris ilindən etibarən peşə təhsilində beynəlxalq sertifikat proqramlarının əhatə dairəsi genişləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq sertifikat proqramları Code Academy, Baku Design Academy, IMZA Group və KVET Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Cari tədris ilində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı yaradılacaq. Bunlar aşağıdakılardır:

* interyer dizaynı;

* kibertəhlükəsizlik;

* veb-dizayner və proqram təminatçısı;

* qrafik dizayner;

* informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi;

* mühasibat uçotu;

* elektrik qaz qaynaqçısı.

İlqar Bayramlı bildirib ki, sertifikat proqramları 3 peşə təhsili müəssisəsində həyata keçiriləcək və təhsil müddəti 1 ildən 3 ilədək olacaq.

Agentlik rəhbəri əlavə edib ki, qəbul siyasətində regionların inkişafı da əsas prioritetlərdən biridir. Belə ki, qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin, 34 faizi isə Bakı şəhərinin payına düşür.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər