Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək

Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək
23.07.2026 11:15 Elm və Təhsil

2026/2027-ci tədris ilindən etibarən peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun 5 yeni ixtisas üzrə tədris təşkil olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yeni tədris ilindən etibarən peşə təhsilində aşağıdakı yeni ixtisaslar tədris olunacaq:

* geodeziya və kartoqrafiya;

* satınalmaların təşkili;

* qida emalı texnologiyaları;

* istixana operatoru;

* çörək ustası.

İlqar Bayramlı bildirib ki, yeni ixtisasların yaradılmasında əsas məqsəd əmək bazarının mövcud və gələcək tələbatına uyğun peşəkar kadr hazırlığını təmin etməkdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər