Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
TodayPress TV xəbər verir ki, əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli sərəncamı ilə təsis edilib.
Bu günün qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı Azərbaycan əlifbasının geniş tətbiqinin təşviqi və ana dilinə hörmətin artırılmasıdır.
Azərbaycan dili ölkənin dövlət dili olmaqla yanaşı, xalqın milli-mənəvi dəyərlərinin və mədəni irsinin əsas daşıyıcılarından biri hesab olunur. Hər il 1 avqust tarixində müxtəlif tədbirlər keçirilərək ana dilinin inkişafı və qorunmasının əhəmiyyəti vurğulanır.