Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir

Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir
23.07.2026 11:40 Elm və Təhsil

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hökumətləri arasında 2021-ci ildə imzalanmış protokol, eləcə də 2025-ci ildə imzalanan əlavə protokol hər iki ölkənin parlamenti tərəfindən qanun kimi təsdiqlənib.

İlqar Bayramlı bildirib ki, həmin sənədlər çərçivəsində Azərbaycan–Türkiyə Birgə Peşə Təhsili Müəssisələri yaradılacaq.

Agentlik rəhbərinin sözlərinə görə, bu müəssisələrin məzunları həm Azərbaycan qanunvericiliyinə, həm də Türkiyə qanunvericiliyinə uyğun tanınan peşə diplomu əldə edəcəklər.

Qeyd olunub ki, birgə peşə təhsili müəssisələrindən biri Bakıda, digəri isə Qubada fəaliyyət göstərəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər