Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var

Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var
14.06.2026 23:01 Elm və Təhsil

Məktəbin əsas vəzifəsi uşaqları qorumaq, onlara dəstək olmaq və inkişaf etdirməkdir. Onları ictimai şəkildə etiketləmək və ya zəif nəticələrinə görə nümayiş etdirmək isə bu missiya ilə ziddiyyət təşkil edir.

TodayPress TV xəbər verir ki, təhsil müəssisələrindən birinin sosial şəbəkədə etdiyi paylaşım bu baxımdan ciddi suallar doğurur. Paylaşımda IX sinif şagirdləri barədə “buraxılış imtahanında zəif nəticə göstərənlərlə söhbət aparılıb və onlar peşə liseyinə yönləndirilib” qeyd olunub, üstəlik şagirdlərin üzləri açıq şəkildə nümayiş etdirilib.

Burada əsas suallardan biri budur ki, təhsil müəssisəsi zəif nəticə göstərən uşaqları niyə ictimaiyyət qarşısında göstərməlidir? Bu addım hansı pedaqoji məqsədə xidmət edir - dəstəyə, yoxsa damğalanmaya?

Unutmaq olmaz ki, bu uşaqlar artıq imtahan stressi və uğursuzluq hissi yaşayırlar. Belə bir vəziyyətdə onların adının, görüntüsünün və “zəif nəticə göstərənlər” kimi təqdim olunması gələcəkdə özünəinamın zəifləməsinə, psixoloji təzyiqə və ictimai damğalanmaya səbəb ola bilər.

Əgər məqsəd hesabatlılıqdırsa, bunu şagirdlərin şəxsi həyatına toxunmadan da etmək mümkündür. Təhsil sistemi statistik göstəricilərlə, anonim məlumatlarla da ictimaiyyətə məlumat verə bilər.

Burada prinsip çox sadədir. Uşaq hüquqları, şəxsi həyatın toxunulmazlığı və insan ləyaqəti hər hansı inzibati hesabatdan daha üstün dəyərlərdir. Təhsil uşaqları utandırmaqla yox, onları gücləndirməklə ölçülür.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər