Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək

Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək
22.06.2026 15:14 Elm və Təhsil

Abituriyentləri maraqlandıran və ən çox müzakirə olunan məsələlərdən biri də bu il keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır. Bəzi abituriyentlər və valideynlər keçid ballarının enəcəyini gözləsələr də, ekspertlər kəskin dəyişiklik ehtimalını yüksək qiymətləndirmirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, bu il abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə ciddi fərqlənmir. Onun fikrincə, 700 bal toplayanların sayının az olması ümumi mənzərəni dəyişmir və əsas göstərici müxtəlif bal aralıqlarında nəticə göstərən abituriyentlərin sayıdır.


Ekspert bildirib ki, keçid ballarına təsir edən əsas amillərdən biri plan yerlərinin sayıdır. Bu il yeni ixtisasların açılması və xüsusilə I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artırılması bəzi istiqamətlərdə keçid ballarının müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər.

Bununla belə, ənənəvi və daha çox tələb olunan ixtisaslarda keçid ballarının ötən illərlə müqayisədə ciddi şəkildə dəyişəcəyi gözlənilmir. Elçin Süleymanov hesab edir ki, kifayət qədər bal toplayan və ixtisas seçimini düzgün aparan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı yüksəkdir.

Xanım Musayeva

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər