34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başladı

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başladı
15.09.2026 11:07 Elm və Təhsil

Xocalı rayonunun Təzəbinə kəndində 34 illik fasilədən sonra yeni dərs ili başlayıb.

TodayPress TV APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, işğaldan azad edilən kəndin sakinlərinin övladları əsaslı təmir olunmuş Təzəbinə kənd tam orta məktəbində tədrisə başlayıblar.

Məktəbdə müasir tələblərə uyğun fənn kabinetləri yaradılıb, təhsil ocağı zəruri avadanlıqlarla təchiz edilib.

Məktəbin direktoru Loğman Məmmədov bildirib ki, burada 200-ə yaxın şagirdin təhsil alması gözlənilir. Kəndə köç prosesi davam etdikcə şagirdlərin sayının artacağı qeyd olunub.

Beləliklə, Təzəbinə kəndində 34 ildən sonra məktəb zəngi yenidən çalınıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər